“Bavariya” indi Avropanın ən yaxşı komandası deyil”
19.06.2013 - 23:48
“Bavariya” indi Avropanın ən yaxşı komandası deyil”
“Müvəffəqiyyəti inkişaf etdirmək lazımdır. Əgər sən Çempionlar Liqasını bir dəfə qazanırsansa, bu, hələ müəyyən etdirmir ki, sən ən yaxşısan”. Apasport.az saytının məlumatına görə, bunu Braziliyanın əfsanəvi futbolçusu Pele deyib.

Veteran oyunçu dünya futbol tarixində Çempionlar Liqasının qalibi “Bavariya”nı indi Avropanın ən yaxşı komandası hesab etmir.

O bildirib ki, bunun üçün yenidən uğur qazanmalısan: “Sən sadəcə daha yaxşı ola bilərsən. Amma bunu möhkəmlik üçün yenidən qazanmalısan. Yalnız belə komandalar ən yaxşı adlana bilər. Belə hallarla “Ayaks”, “Real” və “Benfika” da üzləşib. Dünya çempionatına gəldikdə isə mən Braziliyanı favorit hesab etmirəm. Turnirin qalibinə əsas iddiaçılar – İspaniya və Almaniyadır”.