FİFA açılış matçını yenə Cüneyt Çakıra tapşırdı
20.06.2013 - 01:16
FİFA açılış matçını yenə Cüneyt Çakıra tapşırdı
Türkiyədə keçiriləcək 20 yaşlı futbolçulardan ibarət dünya çempionatının açılış matçının təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qardaş ölkədən olan hakimlər yenə iş başında olacaqlar.

Belə ki, FİFA türkiyəli referi Cüneyt Çakıra iyunun 21-də başlayacaq mundialın ilk oyununda – Kuba ilə Cənubi Koreya matçını idarə etmək tapşırılıb. Ona yan xətdə Bahattin Duranla Tarik Onqun yardımçı olacaq. 4-cü hakim isə Macarıstan Futbol Federasiyasını təmsil edən Vktor Kaşşaidir.

Kayseri şəhərinin “Kadir Has” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəl 2011-ci ildə Kolumbiyada təşkil edilən dünya çempionatının açılış matçını – Braziliya ilə Misir arasında keçirilən oyunu Çakır idarə etmişdi.