Neymar yenə ən yaxşı oyunçu seçildi
20.06.2013 - 02:20
Neymar yenə ən yaxşı oyunçu seçildi
Konfederasiyalar Kubokunun qrup oyunlarında keçirilən Braziliya – Meksika matçının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, meydan sahiblərinin gənc hücumçusu Neymardır.

21 yaşlı futbolçu 2:0 hesabı ilə qələbə qazandıqları görüşün 9-cu dəqiqəsində hesabı açıb. Matçın son dəqiqələrində isə “Barselona”nın yeni transferi komanda yoldaşı Jonun fərqlənməsinə kömək edib.

Beləliklə, 1 qol və 1 ötürmənin müəllifi olan Neymar gecənin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, turnirin açılış matçında Yaponiya ilə görüşdə komandasının ilk qoluna imza atan Neymar həmin oyunun da qəhrəmanı olmuşdu.