İspaniya yarımfinalda, Nigeriya Uruqvaya uduzdu - YENİLƏNİB
21.06.2013 - 03:58
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 5-ci günündə daha iki matç baş tutub.
Öncə meydana İspaniya milli komandası ilə Taiti yığması çıxıb. Oyunun favoriti hesab edilən son dünya və Avropa çempionları “Marakana” stadionunda heç bir sensasiyanın reallaşmasına imkan verməyib. Rəqibini 10:0 hesabı ilə məğlub edən baş məşqçi Visente del Boskenin yetirmələri Braziliya və İtaliyadan sonra adını yarımfinala yazdıran 3-cü komanda olub.
İspaniyanın heyətində Fernando Torres (5, 33, 57) poker, David Vilya (39, 49, 64) het-trik, və David Silva (31, 89) dubl edib. Digər topu isə Taitinin qapısından 66-cı dəqiqədə Xuan Mata keçirib.
B qrupunun növbəti oyununda isə Nigeriya ilə Uruqvay qarşılaşıb. İlk matçda Taitini darmadağın (6:1) edən afrikalılar bu dəfə Cənubi Amerika çempionlarını üstələyib, yarımfinala vəsiqə qazanmasını rəsmiləşdirəcək idi. Lakin Uruqvay görüşdə qalib ayrılmağı bacarıb.
Bununla da, Nigeriya üzərində 1:2 hesabı ilə qalib gələn Uruqvay 2 oyundan sonra ilk 3 xalını qazanıb. Xalları eyni olan bu komandalar növbəti mərhələyə keçmək üçün qupun son matçında mütləq qələbə qazanmalıdırlar.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
20 iyun
B qrupu
İspaniya – Taiti - 10:0
QOLLAR: Torres, 5; 33; 57; 79, Silva, 31; 89, Vilya, 39; 49; 64, Mata, 66
İspaniya: Reyna, Albiol, Martines, Aspilikueta, Vilya, Torres, Matq, Serxio Ramos, Monreal, Kasorla, David Silva
Taiti: Roş, Alvin Teao, Vairua, Ludivon, Karuan, Burebar, Vallar, Lemer, Şon Yu, Aytamay, Jonatan Teo
Nigeriya – Uruqvay - 1:2
QOLLAR: Mikel, 38 - Luqano, 19, Forlan, 52

0
0