Dramatik matçın ən yaxşı oyunçusu müəyyənləşdi
20.06.2013 - 05:18
Dramatik matçın ən yaxşı oyunçusu müəyyənləşdi
“Mançester Yunayted”in və Yaponiya milli komandasının yarımmüdafiəçisi Şindzi Kaqava Konfederasiyalar Kubokunun qrup oyunlarında Braziliya yığması ilə matçın ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu dramatik keçən matçın qəhrəmanlarından olub.

Belə ki, oyuna start heyətdə çıxan və görüşün 33-cü dəqiqəsində fərqlənən Kaqava hesabı 2:0-a çatdırıb. Lakin daha sonra İtaliya 4:3 hesabı ilə qələbə qazanaraq, yarımfinal mərhələsinə adlayıb.

Qeyd edək ki, Yaponiya artıq qrupda 2 dəfə məğlubiyyətlə üzləşib. Asiya təmsilçisi növbəti mərhələyə keçməkdən məhrum olub. Alberto Cakkerininin komandası turnirdə son oyununu iyunun 22-də Meksikaya qarşı keçirəcəklər.