“O, Yuri Syominə bənzəyir”
20.06.2013 - 08:18
Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenko bu komandada işlədiyi baş məşqçilərə qiymət verib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi əvvəl Ukrayna yığmasında, hazırda isə klubda çalışdırıcısı olan Oleq Bloxindən razılığını ifadə edərkən, Yuri Syomini də xatırlayıb.
Onun sözlərinə görə, “Qəbələ”nin baş məşqçisi postuna keçən rusiyalı mütəxəssis futbolçularla hərtərəfli ünsiyyət qurub və ondan həmişə yaxşı münasibət görüblər: “Biz Bloxinlə həm yığmada, həm də klubda daim ümumi dil tapırdıq. Məşqçi və oyunçu kimi normal münasibətimiz var. Xarakterə gəlincə, onsuz futbolda heç nə etmək olmur. Diqqətimi cəlb edən odur ki, baş məşqçimiz mənimlə təkcə futbol mövzuları ilə bağlı danışmır, gündəlik həyatımla da maraqlanır. Dübbədüz belə münasibət Yuri Syominlə Valeri Qazzayevdə də vardı. Bloxin bu cəhətdən həmin məşqçilərə bənzəyir”.

0
0