Latviya çempionatının mükafatçısı “Qarabağ”a qarşı
20.06.2013 - 08:27
Latviya çempionatının mükafatçısı “Qarabağ”a qarşı
“Qarabağ”ın Avropa Liqasına hazırlıq məqsədilə Türkiyədəki təlim-məşq toplanışında yoxlama oyununda rəqibi olacaq Rusiyanın “Mordoviya” klubu baş məşqçi məsələsini həll edib. Apasport.az saytının məlumatına görə, I diviziona düşən Saransk təmsilçisi “sükanı arxası”na ukraynalı Sergey Podpalını gətirib.

“Mordoviya” onun sıralarını icazəsiz gedən rumıniyalı çalışdırıcı Dorinel Muntyanu ilə məsələni həll edəndən sonra 49 yaşlı mütəxəssislə müqavilə bağlayacaq. Podpalı “Qarabağ” kimi Qızılhamamda ilk toplanışını keçən komandaya bu günlərdə qoşulacaq. Onun ilk sınağının iyulun 27-də ağdamlılarla olacağı gözlənilir. “Qarabağ” isə bunadək iyunun 22-də İranın “Sepahan” klubu ilə sınaq matçı keçirməyi planlaşdırıb.

Qeyd edək ki, Podpalı ötən mövsüm Latviyada çalışaraq, “Ventspils” klubunu çempionatının bürünc medalçısı edib.