“Xəzər Lənkəran”da ayrılıq
20.06.2013 - 10:16
“Xəzər Lənkəran”da ayrılıq
“Xəzər Lənkəran” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev “Xəzər Lənkəran”ın heyətindən uzaqlaşdırılıb.

Gənc yarımmüdafiəçi “Xəzər Lənkəran”a 2011/2012 mövsümündə transfer olunmuşdu.