Hollandiyalı forvard “Xəzər Lənkəran”a gələcəkmi?
20.06.2013 - 11:30
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın transfer etmək istədiyi növbəti legioner müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya çempionatında mübarizə aparan “Volendam”ın hücumçusu Cek Tuyp lənkəranlılara menecerlər tərəfindən təklif olunub.
Lakin onun komandaya transfer olunub-olunmayacağı ilə bağlı uelsli baş məşqçi Con Toşak qərar verəcək. Ötən mövsüm komandasının bombardiri olan 30 yaşlı hollandiyalı futbolçu isə açıqlamasında Azərbaycana getmək variantı haqda məlumatsız olduğunu və hazırda istirahət etdiyini deyib: “Hansı klub? Nə məşqçi? Mən təəccüb içərisindəyəm. Çünki hazırda istirahətə başım qarışıb”.
Qeyd edək ki, karyerası yalnız vətəninə bağlı olan Cek “Volendam”da 296 oyuna 159 qol vurubsa, “Qroningen”də 11 matçda fərqlənməyib.

0
0