“Qarabağ”ın matçı Avroliqada rəqibini bilən günə salındı
20.06.2013 - 12:17
“Qarabağ”ın matçı Avroliqada rəqibini bilən günə salındı
“Qarabağ”ın təlim-məşq toplanışında olduğu Türkiyədə Rusiyanın “Mordoviya” klubu ilə yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında təmsilçimizin I diviziona yuvarlanan Saransk təmsilçisi ilə Qızılhamamdakı hazırlıq prosesində matçı iyunun 24-də olacaq.

Bunu “Mordoviya” rəsmi saytı açıqlayıb. Bildirilib ki, bu, komandanın Türkiyə toplanışında ilk oyunu olacaq.

Qeyd edək ki, ağdamlıların bu komanda ilə iyulun 22-də sınaq matçı keçirəcəyi deyilirdi. İndi isə tarixinin dəyişməyi ilə “Qarabağ” Avropada digər 3 təmsilçimiz kimi rəqiblərini öyrənən günü meydana çıxacaq.