“Qəbələ”nin digər komandası da kubokla təltif olundu - FOTOSESSİYA
20.06.2013 - 12:15
2012/13 mövsümündə U-16 Liqasının qalibi olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası da kubok və medallarına qovuşub. Apasport.az saytının məlumatına görə, AFFA-da keçirilən mükafatlandırma mərasimində komandanın futbolçu və məşqçi heyəti iştirak edib.
"Qəbələ"yə kubok, diplom və medallar təqdim olunub. Yarımmüdafiəçi Emin Zamanov mövsümün ən yaxşı futbolçusu nominasiyasının qalibi adına layiq görülüb.
Mənbə: gabalafc.az
"Qəbələ"yə kubok, diplom və medallar təqdim olunub. Yarımmüdafiəçi Emin Zamanov mövsümün ən yaxşı futbolçusu nominasiyasının qalibi adına layiq görülüb.
Mənbə: gabalafc.az
0
0