Yığmamız “Admira Vakker”i “Saqeata”ya dəyişdi
20.06.2013 - 13:04
Azərbaycan yığmasının (U-19) keçirəcəyi yoldaşlıq oyunlarının təqvmi və qarşılaşacağı rəqiblərlə bağlı dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, iyunun 26-da “Kapfenberq”lə (Avstriya) gücünü yoxlamağı nəzərdə tutulan Arif Əsədovun yetirmələri 1 gün əvvəl oynayacaq.
“Sturm”la matç isə iyunun 30-dan 27-nə keçirilib. Bundan əlavə, iyunun 28-nə “Admira Vakker”lə planlaşdırılan matç olmayacaq. Əvəzində komandamız iyunun 30-da Rumıniyanın “Saqeata” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq.
Mənbə: affa.az

0
0