“İnter”də baxışda olan braziliyalının kimliyi bəlli oldu – FOTO
20.06.2013 - 14:38
“İnter”də baxışda olan braziliyalının kimliyi bəlli oldu – FOTO
Türkiyə toplanışından bəri “İnter”in düşərgəsində baxışda olan futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, Flavio Bekdir.

Hazırda da Avstriyadakı hazırlıqlarda iştirak edən futbolçu öncədən də xəbər verdiyimiz kimi Çernoqoriya çempionatından gəlib. O, 2011-ci ildən “Buduçnost”da çıxış edir. 26 yaşlı Flavio yarımmüdafiə və hücum xəttində çıxış edə bilir. Tam adı Flavio Bek Junior olan futbolçu “Kartalspor” və “İnsbruk”la yoxlama oyunlarında “İnter”in heyətində meydana çıxıb.

Qeyd edək ki, “Qremio”nun yetirməsi olan Flavio Bek ölkəsində gənc yaşlarından legioner həyatı yaşayır. O, Xorvatiyada “Solin”, Almaniyada “Energi Kotbus”, Albaniyada “Flamurtari”, Bosniya və Herseqovinada “Şiroki Briyeq”, Sloveniyada “Maribor” və İranda “Barq Şiraz”da da oynayıb.