“Xəzər Lənkəran”ın yeni transferlərinin nömrələri bilindi
20.06.2013 - 15:38
“Xəzər Lənkəran”ın yeni transferlərinin nömrələri bilindi
“Xəzər Lənkəran”ın yeni futbolçuları çıxış edəcəkləri nömrələri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Simurq”da gələn kapitan Rasim Ramaldanov 6 nömrəli formanı götürüb. Millimizin müdafiəçisi lənkəranlıların ötən mövsümün sonunda yollarını ayırdığı xorvatiyalı yarımmüdafiəçi Roberto Alvizin formasına yiyələnib.

AZAL-ın legionerlərindən mərakeşli yarımmüdafiəçi Zohair Benouahi keçmiş komandasında olduğu kimi, 11 nömrə altında oynayacaq. Cənub təmsilçisində ötən mövsüm həmin forma müqaviləsi uzadılmayan yunanıstanlı hücumçu Dimitrios Sialmasda idi. AZAL-da 16 nömrəni daşımış braziliyalı hücumçu Junior Nildo isə yeni komandasında 12 nömrəli formaya sahib çıxıb. “Xəzər Lənkəran”da ötən mövsüm həmin nömrə boş olub.

Qeyd edək ki, lənkəranlıların transfer etdiyi Makedoniya yığmasının yarımmüdafiəçisi Nikola Qliqorovun hansı nömrəli formada oynayacağı hələ bilinmir.