“Mançester Yunayted” Sumqayıtdan 5 futbolçu seçdi
20.06.2013 - 17:20
AFFA-nın dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunub. Apasport.az saytının məlumatına görə, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcək.
Sumqayıt şəhərində artıq seçim turu keçirilib və 5 uşaq seçilib. Bunlar Rüfət Abdullazadə, Xəyal Əliyev, Zeynəddin Abdurrahmanov, Turan Vəlizadə və Samir Məhərrəmlidir.
Sumqayıt şəhərində artıq seçim turu keçirilib və 5 uşaq seçilib. Bunlar Rüfət Abdullazadə, Xəyal Əliyev, Zeynəddin Abdurrahmanov, Turan Vəlizadə və Samir Məhərrəmlidir.
0
0