“Simurq” otel yoldaşı ilə oyun keçirəcək
20.06.2013 - 17:45
“Simurq” otel yoldaşı ilə oyun keçirəcək
Hazırda Bakının Mərdəkan qəsəbəsində hazırlıqlarını davam etdirən “Simurq” iyunun 23-də Türkiyənin Kartəpə qəsəbəsinə gedəcək. Apasport.az saytının məlumatına görə, “İnter” kimi “Green Park” otelində məskunlaşacaq Zaqatala təmsilçisi qardaş ölkədə bir neçə yoxlama oyunu keçirəcək.

Artıq bunlardan biri müəyyənləşib. “Simurq”un Türkiyədəki rəqiblərindən biri Rusiyanın 1-ci dəstə klubu “Spartak-Nalçik” olacaq. İyunun 17-dən qardaş ölkədə hazırlıqlara başlayan və “Simurq”la eyni oteldə qalan Nalçik təmsilçisi bu gün Qətər komandası ilə qarşılaşacaq. İyunun 25-də 2 İran klubu ilə üz-üzə gələn Rusiya klubu “Simurq”la ayın 30-da gücünü sınayacaq. Aşağı dəstə klubu son yoxlama oyununu isə Gürcüstan komandalarından birinə qarşı keçirəcək.

Qeyd edək ki, “Spartak-Nalçik” aşağı dəstədə 3-cü pilləni tutduğu üçün bu mövsümdən Rusiya premyer-liqasında çıxış edə bilərdi. Ancaq “Krılya Sovetov”la pley-off matçlarında uduzduğu üçün yenə 1-ci divizionda çıxış etməli olacaq.