“Rəvan” legionerlərsiz və 5 yerli futbolçusuz məşqlərə başladı
20.06.2013 - 17:55
“Rəvan” legionerlərsiz və 5 yerli futbolçusuz məşqlərə başladı
"Rəvan” 2013/14 mövsümünün hazırlıqlarına rəsmən start verib. Apasport.az saytının məlumatına görə, dünən komandanın yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra bu gün artıq məşqlərə başlanılıb.

Bugünkü məşqə gəlincə, "Bayıl stadionu”nda baş tutan ilk hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Belədə baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalardan bir neçə futbolçunu sınayıb.

Qeyd edək ki, “Rəvan”ın legionerləri düşərgəyə iyunun 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcək.

Mənbə: revanfc.az