Qvardiola “Bavariya”da böyük dəyişiklik etməyi düşünmür
20.06.2013 - 19:05
Qvardiola “Bavariya”da böyük dəyişiklik etməyi düşünmür
“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola komandasına heyran qalıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı Münhen klubunun böyük dəyişikliyə ehtiyacı olmadığını bildirib.

Pep bu barədə klubun idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə də deyib: “Bavariya” böyük komandadır. Bu klubun böyük dəyişikliyə ehtiyacı yoxdur”.

Qeyd edək ki, Qvardiola “Bavariya”da ötən mövsüm münhenlilərlə 3 kubok – Bundesliqa çempionu, Almaniya kubokunu və Çempionlar Liqasını qazanmış Yupp Haynkesi əvəzləyib.