Lionel Messi və atası məhkəmə qarşısına çıxacaq
20.06.2013 - 19:33
Lionel Messi və atası məhkəmə qarşısına çıxacaq
“Barselona”nın hücumçusu Lionel Messi və atası Orasio Xorxu 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəməkdən boyun qaçırdıqları üçün məhkəmə qarşısına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, artıq Barselonanın Qava bələdiyyəsinin məhkəməsi argentinalılar barədə açılan cinayət işini qəbul edib.

Onlar ilk hakim qarşısına sentyabrın 17-də çıxacaq və bundan sonra Messi və atası vergi ödəməkdən boyun qaçırdıqlarından mühakimə olunub-olunmayacağına qərar veriləcək.

Qeyd edək ki, Lionel mühakimə olunacağı təqdirdə, vergi ödəmədiyi iddia edilən 4 milyon avronun 50 faizi ilə cəzalanacaq. Bundan başqa, Messiyə 2 ildən 6 ilə qədər də həbs cəzasının verilməsi gözlənilir.