Didye Droqbanın 7500 avrosu oğurlandı
20.06.2013 - 20:01
Didye Droqbanın 7500 avrosu oğurlandı
“Qalatasaray”ın hücumçusu Didye Droqba istirahətdə xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu oğruların qurbanı olub.

Belə ki, vətəni Fil Dişi Sahilində dincələn Droqbanın paytaxt Abicanın otellərinin birində 7500 avrosunu qaldığı nömrəsindən oğurlayıblar. O, gəzintidən qayıdıb, 11-ci mərtəbədə qaldığı otağında pullarının götürüldüyünün şahidi olub. Didye dərhal otelin rəhbərliyinə bu hadisə ilə bağlı xəbər verib. Otel sahibləri isə oğurlanmış pullar üçün polis çağırıb.

Hazırda işlə bağlı araşdırma aparılır.