“Mançester Siti” CAR-a gedir
20.06.2013 - 20:39
“Mançester Siti” CAR-a gedir
“Mançester Siti” növbəti mövsümə erkən hazırlığı çərçivəsində CAR-a yola düşəcək. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Afrika təmsilçisinin iki komandası ilə yoldaşlıq görüşü keçirəcəklər.

Bu həm də ingilis klubunun yeni baş məşqçisi Manuel Pelleqrinin komandasında debüt oyunu olacaq. “Mançester Siti” əvvəlcə, iyunun 14-də “Supersport”la qarşılaşacaq. Mançesterlilər ikinci görüşünü 5 gün sonra “Amazulu”ya qarşı keçirəcək.