Dünya çempionatında 7 şəhərin ayrı loqoları - FOTO
20.06.2013 - 21:10
Dünya çempionatında 7 şəhərin ayrı loqoları - FOTO
Sabah Türkiyədə 20 yaşlı futbolçulardan ibarət dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, iyulun 13-ə qədər davam edəcək mundilal üçün 7 şəhərin ayrı loqoları olacaq.

Belə ki, turnirdə matçların keçiriləcəyi Antalya, Bursa, Qaziantep, İstanbul, Kayseri, Rizə və Trabzon şəhərlərinin özlərinə aid olan ikonaları loqoların üzərində göstəriləcək. Antalya - portağal, Bursa - Uludağ və yaşıllıq, Qaziantep - “Qaraçı qızı” mozaikası və Qaziantep qalası, İstanbul - Qız qalası, Kayseri – Ərciyəs dağı, Rizə - yağış və çay, Trabzon – kəməncə və hamsi simgeələri loqların üzərində turnir boyunca dalğalandıracaq.

Qeyd edək ki, açılış matçında Kuba ilə Cənubi Koreya qarşılaşacaq. Oyunu isə FİFA referisi türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.