FİBA-nın yeni prezidentinin adı açıqlandı
20.06.2013 - 21:36
FİBA-nın yeni prezidentinin adı açıqlandı
Ötən gün Beynəlxalq Basketbol Federasiyası (FİBA) Avropa prezidenti Olafur Edvard Rafnssonun dünyasını dəyişməsindən sonra bu vəzifəni icra edəcəy şəxsin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı basketbol rəhbərinin əvəzləyicisi sözügedən qurumun vitse-prezidenti Kyriel Koomans olacaq.

2010-cu ildən Rafnssonla birgə çalışan belçikalı 2014-cü ilə qədər FİBA Avropa prezidenti vəzifəsinə başçılıq edəcək.

Qeyd edək ki, Olafur Edvard Rafnsson FIBA-nın “House of Basketball” binasının açılışı və “FIBA Hall of Fame” (Şöhrətlər Muzeyi) mərasimində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində infarkt keçirməsindən vəfat edib.