Ərtoğrul Sağlam yenidən Superliqaya qayıdır
20.06.2013 - 22:14
“Bursaspor”dan ayrıldıqdan sonra klubsuz qalan Ərtoğrul Sağlam yenidən komanda çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis “Antalyaspor”a rəhbərlik etməyə çox yaxındır.
Təcrübəli çalışdırıcı Superliqa klubu ilə ilkin razılığa gəlib. Sağlam şənbə günü “Antalyaspor”un idarə heyətinin dəvəti ilə Antalya şəhərinə gedəcək.
Qeyd edək ki, Ərtoğrul Sağlam 2009-2013-cü illər arasında “Bursaspor”a rəhbərlik edib. O, sözügedən klubun “sükanı arxası”na keçdiyi ilk mövsümdə Superliqa çempionluğu yaşayıb.

0
0