“Valensiya”nın sabiq baş məşqçisi “Atletik”də!
20.06.2013 - 23:35
“Valensiya”nın sabiq baş məşqçisi “Atletik”də!
“Atletik”in yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda Bilbao təmsilçisindən ayrılan Marselo Bielsanın boş qalan postuna əvəzləyici tapılıb.

Bundan sonra İspaniya klubunu “Valensiya”nın sabiq baş məşqçisi Ernesto Valverde çalışdıracaq. “Atletik” rəhbərliyi 49 yaşlı mütəxəssisi mətbuat qarşısına bu gün çıxaracaq.

Qeyd edək ki, Valverde “yarasalar”da yalnız bir mövsüm (2012-2013) işləyib.