“Qalatasaray” daha bir ingilis klubu ilə qarşılaşacaq
20.06.2013 - 23:50
“Qalatasaray” daha bir ingilis klubu ilə qarşılaşacaq
İngiltərənin “Arsenal”, Portuqaliyanın “Porto” və İtaliyanın “Napoli” klubları ilə mövsüm öncəsi “Emirates Cup” turnirində qarşılaşacaq olan “Qalatasaray” daha bir yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” İngiltərənin aşağı divizionunda mübarizə aparan “Notts Kaunti” ilə üz-üzə gələcək.

Matç iyulun 16-da baş tutacaq. Qarşılaşma Nottinqem şəhərinin “Midou Leyn” stadionunda keçiriləcək.

Hazırda ingilis klubu Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “aslnalar”la oyun üçün biletlərin qiymətlərini də açıqlayıb. Stadionda oyunu izləyən azarkeşlər 5-15 funt-sterlinq arasında dəyişən biletləri ala biləcəklər.

Qeyd edək ki, “Emirates Cup” turniri avqust ayında Londonda keçiriləcək.