İspaniya 14 ildən sonra Braziliyanın rekordunu qırdı
21.06.2013 - 01:04
Konfederasiyalar Kubokunda İspaniya milli komandası Braziliya yığmasının rekordunu qırıb. Apasport.az saytının məlumatına görə, Avropa təmsilçisi sözügedən turnirdə “sambaçılar”ın böyük hesablı qələbə qazanma ünvanına sahib olub.
Belə ki, B qrupunun 2-ci matçında Taitini 10:0 hesabı ilə məğlub edən Visente del Boskenin yetirmələri Konfederasiyalar Kubokunda 14 ildən sonra yeni rekord müəyyənləşdirib. 1999-cu ildə Səudiyyə Ərəbistanını yarımfinal mərhələsində 8:2 hesabı ilə üstələyən braziliyalıların rekordu əllərindən alınıb.
Qeyd edək ki, İspaniyanın heyətində Fernando Torres poker, David Vilya het-trik, və David Silva dubl edib. Digər qolu isə Xuan Mata vurub.

0
0