Poker edib, gecənin ən yaxşı oyunçusu seçildi
21.06.2013 - 02:12
Konfederasiyalar Kubokunun qrup oyunlarında keçirilən İspaniya – Taiti qarşılaşmasının ən yaxşı oyunçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, son dünya və Avropa çempionlarının hücumçusu Fernando Torresdir.
“Çelsi”nin futbolçusu komandasının 10:0 hesabı ilə qalib gəldikləri matçda poker edib. 29 yaşlı forvard oyunun 5-ci dəqiqəsində əvvəlcə hesabı açıb. 33-cü dəqiqədə dubl, 57-ci dəqiqədə het-trik və 79-cu dəqiqədə özünün 4-cü, komandasının isə 9-cu qolunu Taitinin qapısından keçirib.

0
0