“Barselona”nın müdafiəçisi “Selta”ya keçdi
21.06.2013 - 03:31
“Barselona”nın müdafiəçisi “Selta”ya keçdi
“Barselona”nın gənc müdafiəçisi Andreu Fontas bu mövsüm Kataloniya klubunun formasını geyinməyəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu karyerasını “Selta”da davam etdirəcək.

Fontas yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Andreu 2009-cu ildən “Barsa”nın əsas heyətində çıxış edir. O, ötən mövsümü “Malyorka”da icarə əsasında oynayıb.