Dieqo Forlan yubiley matçına çıxdı
21.06.2013 - 04:23
Dieqo Forlan yubiley matçına çıxdı
Uruqvay millisinin hücumçusu Dieqo Forlan üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Braziliyada reallaşan Konfederasiyalar Kubokunun qrup oyununda Nigeriya yığması ilə matçda 34 yaşlı futbolçu yubiley matçını keçirib.

Belə ki, “Fonte Nova” stadionunda baş tutan matçda meydana start heyətdə çıxan və 90 dəqiqə mübarizə aparan Forlan 100-cü dəfə ölkəsinin formasını geyinib.

O, həmçinin yubiley oyununda da qol vurmağı bacarıb. Qarşılaşmanın 52-ci dəqiqəsində fərqlənən Dieqo komandasının 3 xal qazanmasında əsas pay sahiblərindən olub.

Qeyd edək ki, Forlan ilk matçına 27 mart 2002-ci il tarixində çıxıb.