10 qol buraxdı, “Real”ın qapıçısı olmaq istədi
21.06.2013 - 09:42
Konfederasiyalar Kubokunda İspaniya yığmasına 0:10 hesabı ilə uduzduqları oyunda Taiti millisinin qapısını qoruyan Mikael Roş maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, biabırçı məğlubiyyətin iştirakçısı olan qapıçının könlünə “Real”ın qapıçısı olmaq düşüb.
Belə ki, Roş İspaniya yığmasının kapitanı olan həmkarı, matçda ehtiyatda qalan “Real”ın qapıçısı İker Kasilyasa onun əvəzləyicisi olmağa hazırlığı ilə bağlı deyib: “Mən bu qədər qol buraxmağa nifrət edirəm. Ancaq bu hesabla uduzmağımız normaldır. Biz kiçik komandayıq və dünyanın ən güclü yığmasına qarşı oynayırdıq. Bizim üçün əsas odur ki, öz futbolumuzu nümayiş etdirməyə çalışırdıq. Mən İkerə dedim ki, ona “Real”da ehtiyat qapıçı lazımdırsa, mən hazıram”.

0
0