“Onun “Xəzər”ə keçidinin rəsmiləşməyi üçün bir qədər gözləyin”
21.06.2013 - 10:22
“Pərdis Fərcad-Azadla bağlı “Xəzər Lənkəran”dan təklif almışıq. Ancaq futbolçumuzun transferi ilə bağlı danışıqlar hələ yekunlaşmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib. Son 2 mövsümdə bu klubda çıxış edən, artıq millimizə də cəlb olunan hücumçu Pərdis Fərzad-Azadı “Xəzər Lənkəran” heyətinə qatmaq fikrindədir. Futbolçunun Münhen yaxınlığında hazırlıq keçən komandaya qoşulacağı deyilsə də, hələlik xəbər yoxdur.
Quliyev Pərdisin yaşadığı Almaniyada olduğunu bildirib: “Bildiyimə görə, Fərcad-Azad hazırda ordadır. Futbolçunun bizimlə 2014-cü ilə kimi müqaviləsi var. Transferinə gəlincə, onun reallaşmağı üçün bir qədər gözləyin. Mən keçid həll olandan sonra bunu təsdiqləyib, rəsmi məlumat verə bilərəm. Ancaq hələliksə danışıqların gedişini şərh edə bilmərəm”.
Prezident bildirib ki, yaxın saatlarda, günlərdə hər şey həll oluna bilər: “Onsuz da transfer rəsmiləşməyənə kimi hər şey danışıqlar səviyyəsində olur, şərtlər razılaşdırılır. Danışıqlar hər 2 tərəfi razı salandan sonra anlaşma yaranır. Ancaq bu, bir tərəfi razı salmırsa, anlaşma yox, yalnız danışıq səviyyəsində olur”.
Mehman SÜLEYMANOV

0
0