“Orduspor” Yannik Kamananı almaqdan vaz keçdi
21.06.2013 - 10:39
Türkiyənin “Orduspor” klubu “Qəbələ”nin hücumçusu Yannik Kamananı almaqdan vaz keçib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı fransalı futbolçunun Ordu klubuna transferi baş tutmayıb.
Transferin alınmamasının səbəbi Türkiyənin aşağı dəstəsində olan legioner limitidir. Belə ki, portuqaliyalı müdafiəçi Migel Qarsiyanın komandada qalmağa razılıq verməsi, üstəlik “Erkules”in ispaniyalı vingeri Xavitonun transferinin reallaşmaq üzrəsi olması “Orduspor” rəhbərliyinin fikrində dönüş yaradıb. İndi Türkiyə klubu sonuncu - 3-cü legionerinin daha səviyyəli olmasını istəyir. Bu üzdən legioner axtarışı başqa istiqamətə yönəlib.
Qeyd edək ki, milli komandamızın hücumçusu Branimir Subaşiç serbiyalı olsa da, Azərbaycan vətəndaşlığını daşıdığından “Orduspor”da legioner statusu daşımır.

0
0