Azərbaycan kubokunun qalibi “Saqeata”ya keçdi
21.06.2013 - 11:07
“Xəzər Lənkəran”ın rumıniyalı sabiq futbolçusu Hristu Kyaku yeni komandaya keçib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçi vətənində yüksək liqaya çıxan “Saqeata”da oynayacaq.
Hristu 2007-2012-ci illərdə müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”sunda cəmi 10 oyun keçirərək, bu müddətdə daim icarədə olub. Belə ki, o, 2011-ci ilin ilk yarısında lənkəranlılara icarəyə verilərək, mövsüm bitəndən sonra qaytarılmışdı. Həmin vaxt Azərbaycan kubokunun qalibi olan Kyaku ölkəmizdən gedəndən sonra vətənində “Çahlaul” və “Konkordiya”da icarədə olub.

0
0