“Neftçi” Hollandiyadan hücumçu gətirir
21.06.2013 - 11:28
“Neftçi” Hollandiyadan hücumçu gətirir
Nikolas Kanalesin gedişindən sonra “Neftçi”nin heyətinə qatmaq istədiyi hücumçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Hollandiyanın “Neymegen” klubunun forvardı Melvin Platjenin xidmətində maraqlıdır.

24 yaşlı hollandiyalı hücumçunun Neymegenin eyni adlı təmsilçisi ilə 2014-cü ilə kimi müqaviləsi var. “Neftçi” etdiyi təklifə cavab gözləyir. Futbolçunun baş məşqçisi Aleks Pastorla problemi olduğundan, Bakı klubuna keçmək arzusundadır.

Qeyd edək ki, Platje 2011-ci ildən oynadığı “Neymegen”də 52 oyuna 13 qol vurub. O bunadək 4 il şərəfini qoruduğu “Volendam”da 100 matça 43 dəfə fərqlənib.