“Hafiz Məmmədovun “Lans”ın səviyyəsini aşağı salmaq niyyəti yoxdur” - MÜSAHİBƏ
21.06.2013 - 12:35
“Bakı”nın fransalı sabiq mərkəz müdafiəçisi Stefan Borbikoni ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın “Lans”la əməkdaşlıq etməsi 34 yaşlı futbolçudan sabiq klubu haqda fikir öyrənilməsinə səbəb olub.
- 2010/11 mövsümünü Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”da oynamısınız. Təəssüratlarınız necədir?
- Yaxşı. İlk vaxtdan mən bütün gücümlə yerli mühitə uyğunlaşmağa cəhd etdim. Orda oynadığım müddətdə mənə aydın oldu ki, Azərbaycan mədəniyyəti bizimkindən kifayət qədər fərqlənir. Bakı şəhərini görəndə çox təəccüblənmişdim. Fransızlar fikirləşir ki, Azərbaycan keçmiş kommunizm əsarətində olan ölkə kimi 80-ci illərdə olduğu kimi qalıb. Ancaq bu ölkədə qışzğın surətdə inkişaf gedir. Ölkə rəhbərlərinin çox böyük layihələri var. Bura öz qaz resursuna görə çox varlıdır.
- Azərbaycan və Fransa futbolu arasında hansı fərqləri qeyd edərdiniz?
- O qədər də fərq yoxdur. Fransada necədirsə, ordada əsas Avropa çempionat modelindən yararlanırlar. Futbolun strukturuna gəlincə, Avropadakı kimidir. Hər şey ən yüksək səviyyədə hesablanıb. Məsələn, “Bakı”da bu istiqamətdə çoxlu sərmayə qoyulur.
- Gəlin, “Bakı”nın prezidenti Hafiz Məmmədov haqqında danışaq. Sizin bu insana dair xatirələriniz necə qalıb?
- Bu klubda çox vaxt keçirməsəm də, mənim ona dair yaxşı təəssüratlarım var. O, ilk növbədə biznesmendir, çox tez-tez bizə baş çəkirdi. Onun kiçik qardaşı (Zeynal Məmmədovu nəzərdə tutur – red.) klubun işlərilə məşğuldur. Bununla belə, Hafiz Məmmədovu çox səxavətli və sadə insan kimi xatırlayıram. Məsələn, rus oliqarxları kimi. Onu kifayət qədər sakit və anlayışlı insan kimi də xatırlayıram. Məsələn, futbolçuların həyat yoldaşı uşaq dünyaya gətirəndə onlar üçün mükafat verərdi. Biz görürdük ki, o, ölkə üçün mühüm işlər görür. O, bunları gülərək, alicənab və çox sakit tərzdə edirdi.
- Niyə o, ilk olaraq “Bakı”ya, indi də “Lans”a yatırım qoymağa qərar verib?
- O, futbolu sevir, bu onun üçün həyəcandır. Futbol dünyada idmanın ən populyar növüdür. Siz klub prezidenti olarkən qlobal vitrinə çıxmış olursunuz. Mənim nöqteyi-nəzərimdən Hafiz Məmmədov “Lans”da ümumhəcmli strategiya qurub. Bununla o, kadrların hazırlanması və futbolun inkişafı üzrə fransız modelini yaradacaq. Onun bunda məqsədi nədir? Bu modeli Azərbaycanda təkrarlamaq. Futbol ölkədə canlanma yaradır. Məmmədov Azərbaycanı futbol ölkəsi etmək istəyən liderlərdən olmaq istəyir.
- Azərbaycanın 4 peşəkar futbolçusu növbəti mövsümdən “Lans”da çıxış edəcək. Siz onların futbol səviyyəsi haqda təqdimat verə bilərsiniz?
- Orda yaxşı oyunçular, güclü idmançılar var. Qapıçı Kamran Ağayevin çox böyük bacarığı var. Mənə görə, “Bakı”nın gənc futbolçuları “Lans”a icarəyə veriləcək. Bu, bir Azərbaycan klubu üçün çox yaxşı haldır. Həmin oyunçuların səviyyəsi aşağı ola bilər. Ancaq mən buna görə narahat olmağa ehtiyac görmürəm. Dünya futbolu amansızdır. Azərbaycanlılar bilir ki, xaricdə oynamaq üçün kifayət qədər gücləri yoxdur. “Lans”da oynamaq üçün əməkdaşlıq etmək və daha sonra özlərini göstərmək lazımdır. Ancaq siz orda olsanız, təəccüblənərsiniz ki, orda bir neçə yaxşı oyunçu var.
- Bəzi fanatlar Hafiz Məmmədovun klubdan yalnız Azərbaycan futbolunun vitrini kimi yararlanacağından qorxur və narahat olur. Siz bu haqda nə düşünürsünüz?
- Mən anlaşmanın dəqiq tərkibi haqda bilmirəm. Tamamilə aydındır ki, o, bunu Jerve Marteli sevindirmək üçün etmir. Ancaq fikrimcə, Məmmədov həqiqətən istəyir ki, rəqabətədavamlı komanda yaradıb Liqa 1-ə düşsünlər. Öz növbəsində o, “Bakı” ilə “Lans” arasında oyunçuların mübadiləsi sistemini yaratmaq istəyir. O görür ki, bu imkanla təcrübə mübadiləsi qurmaq olar. Dünyada peşəkar futbol olmayan yer yoxdur. Əgər azərbaycanlı futbolçular yaxşı olmasalar, hamı bunu görəcək, dəqiq onlar “Lans”da oynamayacaq. Martel və Məmmədov 2 savadlı insandır, mən onlara inanıram. Əksinə, azərbaycanlı oyunçular Artua regionunda təhsil alacaq. Hafiz Məmmədovun klubun səviyyəsini aşağı salmaq kimi niyyəti yoxdur. O, biznes sahəsində mütəxəssis sayılır. Onun təcrübəsi var, işinin öhdəsindən gələcək.

0
0