“Neftçi” legionerlərinə qovuşdu
21.06.2013 - 13:34
Təlim-məşq toplanışı keçmək üçün ötən gün Avstriyaya yollanan “Neftçi” klubu artıq hazırlıqlara start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, legioner futbolçuları - Flavinyo, Bruno Bertuççi, İqor Mitreski, Bahodir Nasimov və Saşa Stamenkoviç də Avstriyada komandanın düşərgəsinə qoşulub. Flaqman hazırlıq prosesi çərçivəsində yoxlama oyunları da keçirəcək.
Qeyd edək ki, “ağ-qaralar” təlim-məşq toplanışı iyunun 24-də keçiriləcək püşkatmadan asılı olacaq. Çempionumuz iyulun 16-17-də ilk matçını səfərdə keçirərsə, Avstriyadan birbaşa həmin ölkəyə, evdə oynayarsa, daha tez vətənə dönəcək.

0
0