Vobay yekun qərarını verdi
21.06.2013 - 14:18
“Neftçi” müqaviləsi bitərək gedəcəyi gözlənilən Syerra-Leone yığmasının futbolçusu Julius Vobayın gələcək taleyinə tam aydınlıq gətirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək komanda 29 yaşlı yarımmüdafiəçi ilə anlaşmasını artırıb.
Belə ki, Vobay bu gün bakılılarla 2 illik müqavilə imzalayıb. O, komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, Julius ötən mövsümü keçirdiyi “Neftçi”də “qızıl dubl” edib.
Belə ki, Vobay bu gün bakılılarla 2 illik müqavilə imzalayıb. O, komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, Julius ötən mövsümü keçirdiyi “Neftçi”də “qızıl dubl” edib.
0
0