Andrey Ştolsters “Neftçi”də olub?
21.06.2013 - 15:35
Andrey Ştolsters “Neftçi”də olub?
Ukrayna mətbuatında bu ölkədən İngiltərəyə gedən ən tanınmış futbolçuların siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, “Top-9” transferlərdə “Bakı”nın latviyalı sabiq futbolçusu Andrey Ştolsters yer alıb. 2005/06 mövsümündə çempion olan komandada ilk 6 ayda oynayan 39 yaşlı keçmiş hücumçu Oleq Lujnı, Andrey Şevçenko, Sergey Rebrov kimi futbolçularla bir yer alaraq, 3-cü göstərilib.

Belə ki, Andrey Donetsk “Şaxtyor”unda oynadığı zamanı 2000-ci ildə “Fulhem”ə 3,5 milyon dollara transfer olunub. Latviyalı 15 oyunda 2 qol vurduğu London klubuna yüksək liqaya qayıtmağa yardımçı olsa da, elitada 15 matçda fərqlənə bilməyib.

Maraqlıdır ki, ukraynalı həmkarlarımız Ştoletsein ölkəmizdə oynadığı klubu səhv salıb: “Futbolçu İngiltərədən sonra karyerasının son illərini aşağı divizion komandalarında keçirdi. O, Azərbaycanda da iz buraxaraq, “Neftçi”də oynayıb”.