Əli Gökdəmirin komandası “Volfsburq”la başlayacaq
21.06.2013 - 16:00
Bu gün Almaniya Bundesliqasında növbəti mövsümün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover”in çempionatda ilk turda rəqibi “Volfsburq” olub. Bu komandalar arasında oyun avqustun 10-da Hannover şəhərində olacaq.
Açılış oyunu isə son çempion “Bavariya” ilə millimizin baş məşqçisi Berti Foqtsun futbolçu karyerasını keçirdiyi Mönheqladbaxt “Borussiya”sı arasında avqustun 9-da Münhendə keçiriləcək.
Açılış oyunu isə son çempion “Bavariya” ilə millimizin baş məşqçisi Berti Foqtsun futbolçu karyerasını keçirdiyi Mönheqladbaxt “Borussiya”sı arasında avqustun 9-da Münhendə keçiriləcək.
0
0