Bahodir Nasimov: “Məqsədim “Neftçi”də əsas heyətdə yerimi qaytarmaqdı
21.06.2013 - 16:17
Bahodir Nasimov: “Məqsədim “Neftçi”də əsas heyətdə yerimi qaytarmaqdı
“Azərbaycan Premyer Liqası başa çatandan sonra Özbəkistan milli komandasının düşərgəsinə yollandım. Yığmanın heyətində dünya çempionatının seçmə mərhələsinin Qətərlə oyununda iştirak etdim və 2 qol vurdum. “Neftçi”nin məşqçilər korpusu bu oyundan sonrakı yorğunluğumu nəzərə alıb, istirahət etmək üçün mənə icazə verərdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Bahodir Nsimov klubunun rəsmi saytına açıqlamasında deyib.

Özbəkistan millisinin dünya çempionatının final mərhələsində düşmək uğrunda son oyunlarında iştirak edən 27 yaşlı hücumçu ona verilən istirahətdən yararlanmaq istəməyib. O, əsas heyətdə yerini qaytarmaq fikrindədir: “İstirahət haqda düşünmədim. Buna görə də millidən ayrılan kimi dərhal “Neftçi”nin Avstriyadakı düşərgəsinə gəldim. Məqsədim əvvəlki formamı tam bərpa edərək, “Neftçi”nin əsas heyətindəki yerimi geri qaytarmaqdır”.

Qeyd edək ki, son 3 ildə “Neftçi”də oynayan Bahodir ötən il çempionatımızın ən sərrast futbolçusu olub.