“Xəzər”ə özümdən də güclü futbolçu gətirərəm”
21.06.2013 - 18:48
“Xəzər Lənkəran”ın sabiq braziliyalı futbolçusu Mario Souzanın apasport.az saytına müsahibəsi
- Azərbaycanda futbolçu karyeranızı bitirdikdən sonra həyatınızda hansı dəyişikliklər oldu?
- İllərlə ömrünü futbola həsr edirsən və birdən-birə karyeranı başa vurursan. Hər şey adama qəribə gəlir. İlk vaxtlar mənim üçün çox çətin idi. Hər şey, yaşam tərzi dəyişmişdi. Amma yenidən futbola qayıtdım. Bu dəfə menecerliyə başladım. Köhnə tanışlar, agentlərlə əlaqə yaratdım.
- Menecer, yoxsa futbolçu həyatı daha maraqlıdı?
- 20 ilə yaxın peşəkar futbol həyatım olub. Təbii ki, futbolçu olmaq daha asandı. Sadəcə, meydana çıxıb öz oyununu göstərirsən. İndiki işim daha çətindi. 20 ildə qazandığım təcrübə mənə lazım olacaq. Yenə oxuyuram, öyrənirəm, futbol biliyimi artırmağa çalışıram.
- “Xəzər Lənkəran” klubundakı karyeranıza necə qiymət verərdiniz? Bu klubu ölkəmizdə oynadığınız digər komanda - “İnter”dən fərqləndirən əsas məqam nədir?
- Öncə onu deyim ki, mən Azərbaycana gəlmək istəmirdim. “Xəzər Lənkəran”a gəldim və məhz bu klubun çox fərqli olduğunu dərhal anladım. Azarkeşlərin komandaya göstərdiyi sevgi, rəhbərliyin münasibəti əla idi. Bu komandanı əvvəl oynadığım əksər klublardan çox fərqləndiyini hiss elədim. “İnter”ə gəlincə, ora getmək istəmirdim. Məndən olsaydı, heç vaxt “Xəzər Lənkəran”dan bu komandaya getməzdim. Sadəcə, o vaxt baş məşqçi Mirça Rednik məni heyətdə görmək istəmədi. Məndən olsaydı, karyeramı elə “Xəzər Lənkəran”da başa vurardım. Çünki burda xoşbəxt idim. Ancaq Rednikin dövründə “İnter”ə getmək məcburiyyətində qaldım. Bu komanda məni öncədən, Lənkəran klubunda oynadığım dövrdən istəyirdi. “Xəzər Lənkəran”da mənə həm futbolçu kimi dəyər verilib, həm də insan kimi böyük hörmət göstərilib. Ona görə də bu klubun mənim ürəyimdə xüsusi yeri var və bu, əbədi qalacaq. Çünki hazırda Almaniyada komandanın yanındayamsa, bu, rəhbərliyin mənə ona olan hörmətinin növbəti göstəricisidir. “İnter”lə “Xəzər Lənkəran”ı müqayisə etməyə isə hansısa məqam, səbəb tapmıram. Yəni, bu klublar müqayisə olunmazdır. Bir var hər həftə dolu tribunalar qarşısında oynayasan, bir də var sintetik örtüklü meydançaya çıxırsan, tribunalarda demək olar azarkeş yoxdur.
- Sizi Lənkəran təmsilçisinin tarixində ən yaxşı legionerlərdən sayırlar. Bununla nə dərəcədə razısınız?
- Mənim bu haqda danışmağım yaxşı çıxmaz. Qoy, buna azarkeşlər, kluba yaxın olan insanlar qiymət versinlər. Ancaq onu deyə bilərəm ki, “Xəzər Lənkəran”dakı karyeram həyatımın ən xoşbəxt dövrlərindən olub. Məni buna çatdıran insanlara, komandaya həmişə təşəkkür edirəm.
- Bəs gələcəkdə “Xəzər Lənkəran”a Mario Souza kimi futbolçu gətirə bilərsinizmi?
- Onu qeyd edim ki, hazırda “Portu”nun ən yaxşı futbolçularından olmuş Derley Silva ilə birgə çalışıram. O, Joze Mourinyo ilə həm UEFA kubokunun, həm də Çempionlar Liqasının qalibi olub. Hazırda “Portu” dünyada futbolçunu ucuz qiymətə alıb, baha satan ən məşhur klublardandır. Onların iş sistemini yaxından izləyirik, bəyənirəm. Gələcəkdə Lənkərana Mario Souza kimi yox, ondan da güclü futbolçular gətirə bilərəm.
- Maraqlıdır, sizin “Xəzər Lənkəran”da, ümumiyyətlə, ölkəmizdə ən çox bəyəndiyiniz legioner hansıdır?
- Mənimlə birgə oynayanlardan hücumçu İvan Svetkovu qeyd edərdim. Doğrudan da çox səviyyəli futbolçu idi, qol vəziyyətlərini boşa vermirdi. Azərbaycanda isə “Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliçi qeyd edərdim. O, əsasən “Xəzər Lənkəran”la oyunlarda özünü göstərməyi bacarırdı deyə yadımda qalıb.
- Rasim Kara “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə qovulduğu oyunda vurduğunuz qol zamanı əsəbi hərəkətiniz hələ də Azərbaycan televiziyasında göstərilir. Türkiyəli mütəxəssisə hələ də inciksiniz, yoxsa hirsiniz artıq soyuyub?
- Baş məşqçidən çox incik düşmüşdüm. Çünki mövsüm öncəsi cərrahiyyə əməliyyatı keçirdim və onunla söhbətimiz olmuşdu ki, çempionatın startı üçün hazır olmayacam. Bir müddət keçəndən isə məni yüz faiz hazırlaşdıracağını dedi. O, sözünün üstündə durmadı. Mən hazır vəziyyətə gəldim, özümü əla hiss edirdim. Ancaq baş məşqçi məni oyuna buraxmırdı və incikliyimi büruzə verdim. Bunlar futbolda baş verən hadisələrdi. Bu gün Rasim Karanı görsəm, salamlaşıb, onu qucaqlayacam, hörmətimi göstərəcəm.
Müsahibəsinin alınmasına göstərdiyi köməyə görə “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyevə təşəkkür edirik.

0
0