FİFA Konfederasiyalar Kubokunu dayandırmayacaq
21.06.2013 - 19:02
FİFA Konfederasiyalar Kubokunu dayandırmayacaq
Braziliyada kütləvi aksiya davam edir. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisində keçirilən Konfederasiyalar Kubokunda yarışı qəbul edən şəhərlərdə da nümayişçilər küçələrə çıxıb.

Lakin FİFA bununla bağlı olaraq turniri dayandırmaq niyyətində deyil. Bu haqda ali futbol qurumunun mətbuat xidmətindən bildiriblər: “Bu gün nə FİFA, nə də yerli təşkilat komitəsi Konfederasiyalar Kubokunun dayandırılmasını müzakirə etmir”.

Daha əvvəl isə iddia edilirdi ki, turnirdə iştirak edən milli komandalardan biri təhlükəsizlik qaydalarına görə Braziliyadan getmək istəyir.