Abidal sabiq komandası ilə 2 illik müqavilə imzalayacaq
21.06.2013 - 19:26
Abidal sabiq komandası ilə 2 illik müqavilə imzalayacaq
Mövsümümün sonunda “Barselona”dan qarşılıqlı razılıq əsasında ayrılan müdafiəçi Erik Abidal özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, azad agent olan fransalı futbolçu bundan sonra karyerasının vətənində davam etdirəcək.

33 yaşlı futbolçu bir çox məşhur oyunçuları heyətinə qatan və sabiq komandası “Monako” ilə ilkin razılığa gəlib. Bu haqda Abidalın agenti David Venditelli açıqlama verib.

O bildirib ki, Erik yeni klubu ilə iki ilik müqavilə imzalayacaq: “Abidal “Monako” ilə razılığa gəlib. Razılaşma haqqında rəsmən növbəti həftənin əvvəlində elan ediləcək”.

Qeyd edək ki, Abidal peşəkar futbol karyerasına 2000-ci ildə “Monako”da başlayıb. İki il bu klubun şərəfini qoruyan Erik 25 matçda forma geyinib. Daha sonra “Lill” (2002-2004), “Lion” (2004-2007) və “Barselona”nın (2007-2013) heyətində çıxış edib.