“Xəzər Lənkəran”da yeni sima - FOTO
21.06.2013 - 19:43
“Xəzər Lənkəran”da yeni sima - FOTO
Növbəti mövsümə hazırlıqlarını Almaniyada davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçu gəlib. Apasport.az saytının Almaniyaya ezam olunan əməkdaşının məlumatına görə, bu, milli komandamızın hücumçusu Pərdis Fərcad-Azaddır.

Son 2 mövsümdür “Sumqayıt”da çıxış edən forvard Münhen yaxınlığında hazırlıq keçən “ağ-yaşıllar”ın düşərgəsinə az öncə gəlib.