Avro-2013-ün finalçısı Almaniya klubuna keçdi
21.06.2013 - 20:15
Avro-2013-ün finalçısı Almaniya klubuna keçdi
“Bayer” İtaliya gənclər milli komandasının müdafiəçisi Culio Donatini heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Leverkuzen klubu 23 yaşlı futbolçu ilə 2017-ci ilə qədər müqavilə imzalayıb.

Daha əvvəl Donatinin transfer hüquqları “İnter”ə aid idi. Ötən mövsüm müdafiəçi icarə əsasında İtaliya çempionatının aşağı divizionunda mübarizə aparan “Qrosseto”da çıxış edib.

Qeyd edək ki, Culio gənclər arasında keçirilən Avro-2013də millisinin heyətində finala qədər irəliləməyi bacarıb. Lakin həlledici görüşdə İtaliya İspaniyaya 4:2 hesabı ilə məğlub olub.