“Mançester Yunayted” Tiaqo Alkantaranı istəyir
21.06.2013 - 20:53
“Mançester Yunayted” Tiaqo Alkantaranı istəyir
İngiltərə Premyer Liqasının qalibi “Mançester Yunayted” “Barselona”nın gənc yarımmüdafiəçisi Tiaqo Alkantaranı istəyir. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün Kataloniya klubuna transfer təklifi göndərib.

İngilislər Alkantaranı heyətinə qatmaq üçün 17 milyon funt-sterlinqindən keçməyə hazırdır. “Mançester Yunayted”in baş məşqçisi Devid Moyes də tezliklə Tiaqonu sərəncamında görmək niyyətindədir.

Qeyd edək ki, yaxın vaxtlarda başa çatan gənclər arasında Avro-2013-də Alkantara qalib gəldikləri turnirin ən yaxşı futbolçusu seçilib.