Kaka Amerika MLS liqasına gedəcək
21.06.2013 - 21:22
Kaka Amerika MLS liqasına gedəcək
“Real”ın yarımmüdafiəçisi Kaka karyerasını Amerika MLS liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu bu ölkənin “Orlando Siti” klubu ilə ilkin razılığa gəlib.

Lakin Kaka Amerika təmsilçisində 2 il sonra çıxış edəcək. Buna səbəb isə 31 yaşlı oyunçunun madridlilərlə müqaviləsinin olmasıdır.

Bu haqda “Orlando Siti”nin baş məşqçisi Adrian Hit açılqama verib. O bildirib ki, hazırda komandası ABŞ-ın üçüncü divizionunda mübarizə aparır. Amma klub ən yaxın 2 il ərzində MLS-yə vəsiqə qazanacaq. Bu müddət ərzində də Kakanın “Real”la müqaviləsi başa çatıb, “Orlando Siti”yə keçəcək.