“Nə transferlərdən, nə də rəqabətdən çəkinirəm” - MÜSAHİBƏ
21.06.2013 - 23:00
“Qəbələ” klubunun yeni transferi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Fasilədə doyunca istirahət edə bildinizmi?
- Əlbəttə, fasilədən maksimum yararlandım. Psixoloji baxımdan özümü qarşıdakı ağır məşqlərə hazırlamışam.
- Yeni mövsümə tam hazırsınız?
- Psixoloji baxımdan bəli, tam hazıram. Fiziki hazırlığımı isə təlim-məşq toplanışında yüksəldəcəm.
- Fərdi qaydada məşq edirsiz?
- Yüngül atletika müəlliməsi ilə məşq edirəm. Özümü komandanın təlim-məşq toplanışına hazırlayıram. Hazırlıq başlayan zaman ayaqlarımın ağrımasını istəmirəm. Tam hazır olmasam da özümü rahat hiss edirəm. Çünki orqanizmim fiziki yükləmələrə hazırdır.
- Son mövsümün ikinci yarısını zədə ucbatından oynamadız. İndi vəziyyət necədir?
- Özümü yaxşı hiss edirəm. Dərmanlarla daha da güclənməyə çalışram. İnşallah, yeni mövsümdə yaxşı tərəfdən seçilərik.
- “İnter”dən “Qəbələ”yə keçidin kökündə nə dayanır?
- “Qəbələ”dən təklif aldıqdan sonra komandanın baş məşqçisi ilə söhbətimiz oldu. O, məni komandasında görmək istədiyini bildirdi. “İnter”in baş məşqçisi isə mənimlə əlaqə saxlamadı. Bəzi səbəblərə görə, yollarımız ayrıldı. Nəticədə “Qəbələ” rəsmiləri ilə görüşdüm. Mənə olan inam, hörmət sayəsində bu komandanı seçdim.
- Adətən bizim futbolçular seçim edərkən paytaxt klublarına üstünlük verirlər. Ancaq siz əks marşrut üzrə hərəkət etdiz...
- Futbolda paytaxt-rayon seçimi yoxdur. Hər yerdə futbolu eyni cür oynayırsan. Sadəcə, psixoloji baxımdan buna hazır olmalısan. Mən də özümü “Qəbələ”də oynamağa hazırlamışam. Rayonda oynasam da, ailəmlə birgə yaşayacam. Ona görə də paytaxtdan əyalətə getməyi özüm üçün elə də ciddi dəyişiklik saymıram.
- Yuri Syominin daha tələbkar məşqçi olduğu deyilir. Onun tələblərini yerinə yetirə biləcəksənmi?
- Onun necə mütəxəssis olduğunu müzakirə etməyə ehtiyac yoxdur. Syomin özünü sübut etmiş mütəxəssisdir. Belə məşqçi ilə işləməyə dəyər. Özüm də onunla işləməkdə maraqlıyam.
- Baş məşqçi ilə söhbətiniz olub?
- Görüşmüşük, hiss edirəm ki, məni oynatmaq istəyir. Təbii ki, bu, həm də məndən asılıdır. Hazır olduqdan sonra özünün düşməni deyil ki, məni ehtiyatda saxlasın.
- “Qəbələ” son üç ildə bu qədər transferlər həyata keçirsə də, mükafatçılar sırasına düşə bilmir. Bu amil sizi narahat etmir?
- Nə transferlərdən, nə rəqabətdən çəkinirəm. Hansı komandanın formasını geyinirəmsə, onun uğur qazanması yolunda əlimdən gələni edirəm. Lazım olsa, meydanda lap ürəyimi də verərəm. “Qəbələ”nin şərtləri də məni hərtərəfli qane edir.
- Qışda Polşa klublarından birinə keçmək istəsəniz də, “İnter”in transfer haqqı istəməsi keçidin təxirə salınması ilə nəticələnmişdi. Əksəriyyət yayda müqavilənin başa çatmasından sonra Polşaya yollanacağını gözləyirdi. Lakin Azərbaycandan kənara çıxmadız...
- Polşa variantı indi də var. Ancaq müəyyən səbəblərdən getmək istəmədim. Altı aydır futbol oynamıram, formadan düşmüşəm. Həm də “Qəbələ”yə güclü baş məşqçi dəvət edilib. Onun rəhbərliyi altında oynamağı, öyrənməyi çox istəyirəm. Bundan sonra legioner həyatı yaşamaq haqda düşünəcəm.

0
0