Azərbaycanlı futbolçu ayın ən yaxşı oyunçusu seçildi - FOTO
21.06.2013 - 22:09
Azərbaycanlı futbolçu ayın ən yaxşı oyunçusu seçildi - FOTO
Moskva “Lokomotiv”inin azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov may aynın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı oyunçu sosial şəbəkədə azarkeşlər arasında keçirilən səsvermənin qalibi olub.

Mükafatı Səmədova “dəmiryolçular”ın azarkeşi verib.

Qeyd edək ki, Rusiya milli komandasının üzvü “Lokomotiv”ə 2012-ci ildə “Dinamo”dan keçib.